Cümə axşamı , 26 Fevral 2026
Drone Cameras

Azərbaycan İslamiadada 45-ci qızıl medalını qazandı

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 45-ci qızıl medalını qazanıb.

Trend-in məlumatına görə, taekvandoçumuz Patimat Abakarova (49 kq) finalda Qazaxıstanlı Aynur Yesbergenova ilə qarşılaşıb.

Rəqibindən üstün olan idmançımız İslamiadanın qızıl medalına sahib olub – 14:4.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir