Bazar ertəsi , 6 May 2024
Drone Cameras

Azərbaycan-Rusiya sərhədində baş verən hadisələrə görə cinayət işi açıldı – 10 nəfər azərbaycanlı saxlanıldı

Azərbaycan vətəndaşlarının Dağıstanda yerləşən müvəqqəti düşərgəsində iki gün əvvəl baş verən kütləvi etiraza görə cinayət işi açılıb, 10 nəfər saxlanılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

İstintaq materiallarına görə, iyunun 15-də 400-ə yaxın Azərbaycan vətəndaşı Dərbənd rayonunun Kullar kəndində yerləşən düşərgəni tərk edərək, “Qafqaz” magistralını bağlamağa çəhd edib.

“Rusiya DİN-nin qanunsuz əməlləri dayandırmaq çağırışlarına məhəl qoymayan etirazçılar polisə hücum edib və bir neçə maşını sındırıb. 9 polis xəsarət alıb, 400 min rubl ziyan dəyib,- deyə qeyd olunur.

Cinayət işi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318.2 (hakimiyyət nümayəndəsinin həyat və sağlamlığını təhdid qedən zorakılığın tətbiq olunması) və 167.1 (qəsdən özgə əmlakının məhv edilməsi) maddələri üzrə açılıb.

Baş verənlərə görə, 90 nəfər polis şöbələrinə aparılıb.

Check Also

Anar Məmmədli haqqında həbs qərarı verildi

Hüquq müdafiəçisi ittihamı absurd adlandırıb Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri, insan hüquqları …