Cümə , 27 Dekabr 2024
Drone Cameras

Azərbaycan və Türkiyə qaziləri bir arada

Azərbaycanın qazilərdən və QHT rəhbərlərindən ibarət nümayəndə heyəti Türkiyədə səfərdədir.

Lent.az-ın məlumatına görə, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) təşkilatçılığı ilə Azərbaycandan bir qrup Qarabağ müharibəsi əlili və veteranının, xüsusilə Aprel döyüşləri iştirakçılarının Türkiyəyə səfərinin 3-cü günü qardaş ölkədə 19 May – Atatürkü Anmaq, Gənclik və İdman bayramına təsadüf edib.

Bu münasibətlə ilk növbədə Taksim meydanında Atatürk və silahdaşlarına ucaldılmış məşhur abidə ziyarət edilib, önünə çələng qoyulub.

İstanbuldakı məşhur Cemal Reşid Rey Mədəniyyət Mərkəzində bayram tədbiri keçirilib və Azərbaycan nümayəndə heyəti də türkiyəli tərəfdaşları ilə birgə bu tədbirə qatılıb. Tədbirdə İstanbul valisi Vasip Şahin, İstanbul Böyük Şəhər Bələdiyyəsinin başqanı Kadir Topbaş, Türkiyə Silahlı Qüvvələri 1-ci Ordusunun və İstanbul Qarnizonun Komandanı ordu generalı Musa Avsever, Briqada komandiri tuğgeneral Özgür Tör və digər yüksək rütbəli hərbçilər iştirak ediblər.

Əlamətdar günlə bağlı çıxışlarda 19 May 1919-da başlanan qurtuluş hərəkatın Türkiyə tarixindəki msislsiz rolu, dahi Mustafa Kamal Atatürkün milli mücadiləni başlatdığı bu günün türk xalqı və dövlətçiliyi üçün qurtuluşun başlanğıcı olduğu vurğulanıb.

Günün sonunda İstanbulun Sarıyer bələdiyyəsi ərazisində salınmış Heydər Əliyev Parkı ziyarət olunub, ulu öndərin abidəsi önünə çiçəklər düzülüb.

Çıxışlardan, xatirə hədiyyələrinin təqdim edilməsindən və fotolar çəkdirildikdən sonra Hərbiyyə Əsgəri Muzeyi ziyarət olunub. Tədbirdə Muzeyin rəisi polkovnik Aydoğan Budakçı, Türkiyə Müharib Qazilər Dərnəyinin İstanbul şöbəsinin başqanı qazi Ahmet Kendigel, TOHGMİB-in sədri, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, ehtiyatda olan general-leytenant Cumhur Evcil çıxış edərək 19 May Bayramının, Türkiyə-Azərbaycan qardaşlıq və əməkdaşlığının əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, sözügedən səfər Türkiyə Müharib Qazilər Dərnəyi və Əməkli Subaylar (Ehtiyatda olan Zabitlər) Dərnəyinin dəvətilə, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin də iştirakı ilə gerçəkləşib. Həmçinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası bu səfəri dəstəkləyib.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir