Cümə , 22 Noyabr 2024
Drone Cameras

Türk Hava Yolları Azərbaycana uçuşları ləğv etdi – vətəndaşlarımız çətin vəziyyətdə

Məlum olduğu kimi Azərbaycanda koronavirusa qarşı mübarizə çərçivəsində qəbul edilən yeni qaydalara görə beynəlxalq səfərlər bu ilin avqust ayının 1-nə qədər qadağan edilib.

Xatırladaq ki, bundan öncə karantin rejiminin yumşalması ilə əlaqədar Azərbaycan dövlətinin hava sahəsi bu ilin iyul ayının 1-nə açılması planlaşdırılırdı. Hətta buna görə Türkiyənin Türk Hava Yolları və onun törəmə müəssisəsi sayılan “Anadolujet” şirkəti İstanbul-Bakı reyslərinin bilet satışını həyata keçirməyə başlamışdı.

Buna görə də İstanbulda qalan Aəzrbaycan vətəndaşları, xüsusilə universitetlərdə təhsil alan tələbələr THY-nin təyyarələrində olduqca sərfəli qiymətlərlə bilet alıblar.

Lakin Azərbaycan tərəfinin yeni qərarı Türk şirkətlərinin qərarını dəyişdirməyə məcbur edib. Bilet alıcılarına göndərilən SMSlərdə səfərlərin ləğv edildiyi bildirilib. Alıcılar üçün ya səfər tarixinin başqa günə keçirilməsi, ya da biletin qiymətinin üzərində vauçer almaq təklif edilib.

Bu səbəbdən olduqca çətin vəziyyətə düşən, hazırda İstanbul və Türkiyənin başqa şəhərlərində qalan vətəndaşlarımız AZAL şirkətinin çarter reyslərinin açılacağına ümid bəsləyirlər.

Check Also

Azər Qasımlımın ölkədən çıxışına qadağa qoyulub

O, Bakı Hava Limanından xaricə buraxılmayıb Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının ölkədən çıxışına qadağa …