Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının qalibi oldu

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində idman yarışları başa çatıb.

Trend-in məlumatına görə, Azərbaycan milli komandası yarışları birinci yerdə başa vurub – 75 qızıl, 50 gümüş, 37 bürünc medal.

71 qızıla malik Türkiyə ikinci, 39 qızıl medal qazanmış İran isə üçüncü yeri tutub.

Medalların ümumi sayına görə isə Türkiyə ilk yerdədir – 195 medal. Azərbaycan 162, İran idmançıları isə 98 medal qazanıb.

Ümumilikdə 40 ölkə müxtəlif əyarlı medallar əldə edib, 14 ölkə isə yarışları medalsız başa vurub.

Qeyd edək ki, bu gün Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçiriləcək.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir