“Əgər müharibədə Yunanıstan Türkiyəyə təslim olarsa, Türkiyə İrandan daha təhlükəli ölkəyə çevrilə bilər və bunun nəticəsində İsrail çox böyük bir acı çəkər”.
Boyukmillet.com xəbər verir ki, belə bir açıqlamanı Yunanıstan Baş nazirinin göməkçisi və milli təhlükəsizlik müşaviri Alexandros Diakopoulos İsrailin “24 Nevs” telekanalına verib.
Diakopoulos əlavə edib ki, Yaxın Şərq, Şimali Afrika və Şərqi Aralıq dənizini nəzarətdə saxlayacağı təqdirdə Türkiyənin iradəsi bir qədər də artacaq və bu, İsrailin əleyhinə işləyəcək.
ABŞ Dəniz Qüvvələri İnstitutunun Milli Təhlükəsizlik bölümünün professoru Ryan Ginqeras isə Yunanıstan mediasına deyib ki, Türkiyə Aralıq dənizində varlığını davam etdirəcək: “Türkiyə Şərqi Aralıq dənizində nə etmək istədiyinə dair mesaj verib. Amma bu günə qədər digər qonşu ölkələrdən, Avropa Birliyi və ABŞ-dan ciddi bir dönüş olmayıb”.
Amerikalı professora görə, Avropanın böyük ölkələri Türkiyənin qarşısında parçalanmış vəziyyətə düşüb: “Kimsə Türkiyə ilə hərbi qarşıdurmanı gözə önünə ala bilmir. İtaliya Türkiyənin Liviyadakı mövqeləri məsələsində digərləri kimi təpki verə bilmədi. Almaniya, xüsusilə dinamik olan Fransa ilə müqayisədə bu məsələyə səssiz yanaşdı”.
Yunanıstan parlamentinin üzvü Nikos Filis isə yunan hökumətinin Türkiyə siyasətini sərt tənqid edib. Parlament üzvü bildirib ki, Türkiyənin Suriya, Liviya və Cənubi Kipr kimi əhəmiyyətli bölgədə regional oyunçu olmağa çalışdığı bir mərhələdə ABŞ-a tabe olan qorxaq bir hökumətimiz var.