Nüvə silahına sahib olan Çin və Hindistan arasında böyük böhran baş verib.
Boyukmillet.com xəbər verir ki, döyüş təbilinin çalındığı bölgədə ən azı 40 Çin əsgərinin öldürüldüyü iddia edilir.
Çin və Hindistan arasında mübahisələrə səbəb olan Galvan Vadisində ötən həftənin bazar ertəsi baş verən qarşıdurmada 20 hərbçi şölüb, 76 əsgər yaralanıb.
Çin tərəfindən məsələ ilə bağlı hər hansı açıqlama olmasa da, Hindistanın nəqliyyat naziri Singh, “20 nəfər əsgərimiz öldüsə, onlarda ən azı iki dəfə artıq itki olmalıdır”, deyib.
Singh şənbə günü TV News24-ə verdiyi açıqlamada məsələyə dair heç bir dəlil təqdim etməyib, ancaq Çinin 1962-ci ildə yaşanan gərginlik də daxil olmaqla müharibədə həyatını itirənlər haqqında heç bir açıqlama vermədiyini vurğulayıb.
Çin hökumətinin “Global Times” qəzetinə verilən açıqlamda Çin tərəfində itkilərin olduğu bildirilib. Singh qarşıdurmalar əsnasında Hindistan tərəfində qalan əsgərlərin Çinə qaytarıldığını bildirib. Müdafiə Nazirliyinin sözçüsü Bharat Bhushan Babu Singhin açıqlamaları ilə əlaqədar sualları cavablandırmaqdan imtina edib.
Uzun illərdən sonra ilk dəfə nüvə silahına sahib olan iki qonşu ölkə arasında münaqişə itki ilə nəticələnib. İki ölkə bir neçə həftədir ki, Himalayın qərbindəki Galvan vadisindəki hərbi hissələr də daxil olmaqla sərhəd mübahisələri yaşayır. Çin və Hindistan bir-birini sərhədi pozmaqda günahlandırır. Gərginliyi azaltmaq üçün iki ölkə təmsilçiləri arasında danışıqlar davam etsə də, zəif təyin olunmuş Həqiqi İdarəetmə Xətti boyunca müxtəlif yerlərdə əsgərlər arasındakı gərginlik yüksəkdir. ABŞ dövlət katibi Mayk Pompeo Çini Hindistanla münasibətlərin gərginləşməsində ittiham edib.