Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Maska taxmaq koronavirusdan nə qədər qoruyur?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) maska ilə bağlı tövsiyələrinə dəyişiklik edib.

Boyukmillet.com məlumatına görə, yeni tövsiyələrdə deyilir ki, maskanı yalnız koronavirus simptomu və ya gizli daşıyıcısı olanların yox, hər kəsin taxması tövsiyə edilir.

Maska taxmayan COVİD-19 daşıyıcısının maska taxan sağlam insanı yoluxdurma ehtimalı 70 faizdir.

Maska taxan COVİD-19 daşıyıcısının maska taxmayan sağlam insanı yoluxdurma ehtimalı 5 faizdir.

Hər iki şəxs maska taxarsa, virusun yoluxma ehtimalı 1.5 faizə düşür.

Qeyd edək ki, dünyanın bir çox ölkələrində maska taxmaq məcburi elan olunub və bu qaydanı pozanlar cərimə və ya həbs olunur. Azərbaycanda da maskadan istifadə etməməyə görə cərimələr qüvvədədir. Beləki, müəyyən edilmiş yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməməyə görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …