Cümə , 22 Noyabr 2024
Drone Cameras

Qardaşlıqdan strateji tərəfdaşlığa

Bilal Dündar 1946-cı il oktyabrın 15-də Qars şəhərində anadan olub. 1970-ci ildə Ankara Ticarət və Turizm Yüksek Oğretmen Okulunu bitirib. Müxtəlif illərdə məktəblərdə müəllim işləyib, Ədliyyə Nazirliyində ekspert, Anadolu Dərnəklər Birliyində sədr vəzifələrində çalışıb. Uzun müddət jurnalistika fəaliyyətilə məşğul olub, bir sıra publisistik kitablar çap etdirib. 2004-cü ildə Kocaeli Azərbaycan Evi Dərnəyinin sədri olub. 2006-cı ildən Türkiyə–Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının (TADEF) sədri, 2010-cu ildən isə Avropa Azərbaycan Konqresinin vitse-prezidentidir. 2011-ci il iyulun 4-də Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

– Müasir dövrdə Azərbaycan və Türkiyə münasibətlərinin daha da möhkəmlənməsi hər iki dövlətin xarici siyasətinin mühüm tərkib hissəsidir. Söhbətimizin əvvəlində oxucularımızla bu məsələ ilə bağlı fikirlərinizi bölüşməyi istərdik.

– Bununla bağlı əvvəla qeyd edim ki, hələ 2010-cu il avqustun 16-da Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin, eləcə də Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasında münasibətlərin getdikcə güclənməsində önəmli rol oynayıb. Bu fikri bir qədər də konkretləşdirib deyə bilərəm ki, ikitərəfli əlaqələri möhkəmləndirmək məqsədilə 2010-cu ildə prezidentlər səviyyəsində Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının mexanizmi yaradılıb. Sonra Türkiyə–Azərbaycan–Gürcüstan, Türkiyə–Azərbaycan–İran və Türkiyə–Azərbaycan–Türkmənistan üçtərəfli görüşləri keçirilib, regional sabitlik, sülh və rifahı təmin edəcək əhəmiyyətli prinsiplər işlənilib.

Prezident İlham Əliyev çıxışlarının birində əminliklə bildirib ki, Azərbaycan–Türkiyə dostluğu və qardaşlığı, strateji tərəfdaşlığı və müttəfiqliyi dərin tarixi kökləri, ortaq milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.

Yeri gəlmişkən, Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması iki ölkə arasında mövcud siyasi, hərbi, iqtisadi, ticarət, energetika, nəqliyyat, mədəniyyət, elm və humanitar sahələrdə həyata keçirilən əlaqələrin strategiyasını müəyyənləşdirib, bu strategiya əsasında əməkdaşlıq layihələrinin icra olunmasını şərtləndirib.

İki dövlət arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclaslarının ardıcıl şəkildə keçirilməsi əslində dünyaya, eyni zamanda, Ankara–Bakı münasibətlərindən narahat olan qüvvələrə, sözün əsl mənasında, bir ismarış xarakteri daşıyıb. Ümumiyyətlə, Şuranın səmərəli fəaliyyəti Ankara–Bakı münasibətlərinin iqtisadi və siyasi müstəvidə ən yüksək səviyyədə davamlı inkişafına mühüm təsir göstərib.

Qarşılıqlı etibar və həmrəylik əsasında formalaşan Azərbaycan–Türkiyə əlaqələri beynəlxalq platformalarda da uğurla gerçəkləşdirilib. Hər iki dövlət tərəfindən Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası və İslam Əməkdaşlıq Təşkilatında birgə səmərəli əməkdaşlıq nümayiş etdirilib.

Bu gün Türkiyə – Azərbaycan əlaqələri strateji ortaqlıq anlayışını tam mənası ilə daşıyır. Müstəqillik illərində iki ölkə arasında əldə edilən uğurlar hazırda sarsılmaz birlik, dostluq və qardaşlıq bağının bir göstəricisi kimi diqqət çəkir. Bu əlaqələr həm də bölgədə sabitlik və sülhün qorunmasına xidmət edir, heç bir ölkəyə təhdid yaratmır.

Ankara–Bakı münasibətlərinin tarixinə nəzər salsaq, görərik ki, Azərbaycanın müstəqilliyinin tanınmasından indiyədək əməkdaşlıq yalnız yüksələn xətt üzrə inkişaf edib. Rəsmi Ankara bütün məsələlərdə, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı daim dəstəklədiyi kimi, rəsmi Bakı da hər zaman bütün məsələlərdə Ankaraya eyni münasibət bəsləyib.

Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında yuxarıda qeyd etdiyim sənədin imzalanması çox düzgün və gələcəyə hesablanan bir addım kimi dəyərləndirilməlidir. Belə ki, 2011-ci il oktyabrın 25-də İzmir şəhərində keçirilən Türkiyə–Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk toplantısı çərçivəsində iki dövlət tətəfindən danışıqlar aparılıb və Türkiyə ilə Azərbaycan arasında qaz tranziti, qaz təchizatı və qaz alqı-satqısına dair sazişlər imzalanıb. 2012-ci il sentyabrın 11-də Qəbələdə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasının keçirilməsi ilə Azərbaycan–Türkiyə münasibətləri yeni inkişaf mərhələsinə daxil olub. Bundan bir il sonra, noyabrın 13-də Ankarada reallaşan üçüncü, 2015-ci il yanvarın 15-də isə gerçəkləşən dördüncü iclasda Azərbaycanla Türkiyə arasında iqtisadiyyat, enerji, energetika, nəqliyyat, müdafiə, humanitar sahələrdə əməkdaşlığın perspektivləri, Bakı–Tbilisi–Qars, TANAP layihələri ilə bağlı işlərin uğurlu gedişi, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunub, ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər layihələr barədə geniş fikir mübadiləsi aparılıb.

– Enerji sahəsində səmərəli birgəfəaliyyət barədə də bir qədər ətraflı məlumat verərdiniz…

– 1994-cü ildə Xəzər dənizinin Azərbaycan bölməsindəki karbohidrogen ehtiyatlarının işlənməsi üçün Bakıda imzalanan “Əsrin müqaviləsi” layihəsi Azərbaycan və Türkiyənin iqtisadi dirçəlişi və siyasi gücünün artması üçün yeni bir stimul yaratdı. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi isə Azərbaycan–Türkiyə qardaşlıq münasibətləri çərçivəsində birgə inkişaf platformasına həyat vəsiqəsi qazandırdı. Eyni zamanda, Avrasiya məkanında nəinki Azərbaycanın, o cümlədən digər qonşu ölkələrin iqtisadi maraqlarını da şərtləndirdi.

Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatorcasına, dinamik şəkildə, çox uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev qardaş Türkiyə dövləti ilə münasibətlərin daha da inkişaf etdirilərək strateji müttəfiqlik səviyyəsinə qalxması üçün əhəmiyyətli addımlar atıb. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan limanında Şərq-Qərb enerji dəhlizinin mühüm qolunu təşkil edən və ulu öndər Heydər Əliyevin adını daşıyan Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirilib. Bu hadisə ümummilli liderin uzaqgörən və düşünülmüş siyasətinin, eləcə də uğurlu neft strategiyasının nəticəsi və vaxtilə bəzi mütəxəssislərin inanmadığı “Üç dəniz əfsanəsi”nin reallığa çevrildiyi gün kimi tarixə düşüb.

Xəzər dənizi enerji qaynaqlarının dünya bazarına çıxarılmasını nəzərdə tutan Bakı–Tbilisi–Ceyhan Boru Kəməri və Bakı–Tbilisi–Ərzurum Qaz Boru Kəməri layihələrinin reallaşdırılması da Azərbaycan və Türkiyə arasında strateji ortaqlığa gedən yolda mühüm addım kimi diqqət çəkib.

Ümumiyyətlə, enerji mövzusu iki ölkə arasında böyük əhəmiyyət daşıyan məsələlərdən biridir. Qlobal bir layihə olan TANAP, yəni Trans Anadolu Təbii Qaz Boru Xətti layihəsinin reallaşması gerçəkləşib. Şübhəsiz ki, TANAP-ın icrası ilə Bakı–Tbilisi–Qars dəmir yolu və bu kimi layihələrlə Azərbaycan və Türkiyənin mövqeyi, həmçinin bölgədəki strateji əhəmiyyəti daha da artıb. Bu istiqamətdə hər iki ölkə tərəfindən əzm, qətiyyət və siyasi iradə nümayiş etdirilib. Yeri gəlmişkən, tanınmış siyasətçilər tərəfindən Bakı–Tbilisi–Qars dəmir yolu, eləcə də Azərbaycanın liderliyi ilə həyata keçirilən “Şahdəniz-2” və “Cənub qaz dəhlizi” layihələri üçüncü minillikdə Avrasiya qitəsinin enerji təhlükəsizliyinin təminində həlledici amil kimi qiymətləndirilib.

– Ölkəmizin təşəbbüsü ilə reallaşdırılan beynəlxalq Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizləri də Azərbaycan–Türkiyə münasibətlərinə güclü təkan verib…

– Qeyd etdiyiniz nəqliyyat-kommunikasiya dəhlizləri bölgə və dünya ölkələrinə bu sahədə əlavə üstünlüklər qazandırmaqla yanaşı, Azərbaycanın regiondakı geosiyasi çəkisini də xüsusi artırıb. Bu layihələr həm də beynəlxalq yük daşımalarındakı səmərəliliyin təmin edilməsində mühüm rol oynayıb. Bundan başqa, Avrasiya Böyük İnformasiya Yolu layihəsinə BMT Baş Assambleyasının qəbul etdiyi 3 qətnamədə dəstək verilməsi Azərbaycan–Türkiyə iqtisadi iş birliyinin daha bir real nəticəsi kimi ortaya çıxıb. Bu layihəni birgə həyata keçirmək Azərbaycan Respublikası ilə Beynəlxalq Telekommunikasiya İttifaqına həvalə olunub.

Qeyd etdiyim Avrasiya ­Böyük İnformasiya Yolu layihəsi Azərbaycanın siyasi iradəsi və digər imkanları sayəsində qədim İpək yolu üzərində qurulacaq beynəlxalq əhəmiyyətli dəhlizdir. Bu yolun bir hissəsi TANAP layihəsi ilə üst-üstə düşür. TANAP-ın tikintisində onunla paralel olaraq yüksək informasiya ötürücülüyü olan kabellərin, o cümlədən informasiya daşıyıcısı olan digər mühəndis qurğularının inşası gerçəkləşdirilib. Ona görə də mütəxəssislər tərəfindən TANAP Böyük İnformasiya Yolu layihəsinin “yol açarı” kimi qiymətləndirilib.

Azərbaycanın geostrateji ­mövqeyi bizə Avropanı Asiya ilə birləşdirən körpü olmağa nadir imkan yaradır. Bu baxımdan, Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baхımdan böyük əhəmiyyət daşıyır. Bu dəmir yolu vasitəsilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edir.

– Türkiyə və Azərbaycan, eyni zamanda, regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır…

– Söylədiyiniz fikirlə bağlı onu vurğulaya bilərəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev 2018-ci il aprelin 24-də keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclasında Azərbaycanda Türkiyəni sevən insanların qardaş ölkədə inkişaf proseslərini çox böyük sevinclə qarşıladığını diqqətə çatdıraraq Prezident Rəcəb Tayyib Ərdoğanın dövründə Türkiyənin iqtisadi, siyasi, sosial inkişafının azərbaycanlıları ürəkdən sevindirdiyini bildirib: “…Türkiyə bu gün dünya çapında bir gücdür və getdikcə bu güc daha da böyüyür, dostlar sevinir, istəməyənlərin isə kefi pozulur. Əminəm ki, Türkiyə bundan sonra da yalnız və yalnız uğurlar, qələbələr yolu ilə gedəcəkdir… Biz bütün məsələlərdə bir yerdəyik. Mən qeyd etdiyim kimi, bu gün dünya çapında ikinci belə ölkələr tapılmaz ki, bir-birinə bu qədər yaxın olsun. Həm etnik köklər, mədəniyyət, tarix və həm də ortaq maraqlar baxımından da biz daim bir yerdəyik”.

Prezident İlham Əliyev çıxışlarının birində bildirib ki, biz qardaş ölkəyə qarşılıqlı sərmayə qoyuluşunu getdikcə artırırıq. Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 14 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 13 milyard dollara yaxın sərmayə qoyub: “Ancaq qardaş ölkələrə bu qədər yatırım qoyula bilər. TANAP-ın, “Star” neft emalı zavodunun açılışı, əlbəttə ki, imkanları daha da artırıb. Azərbaycan sərmayəsi hesabına Ege bölgəsinin ən böyük limanı olan “Petlim” limanı inşa edilib. Bu, Türkiyənin üçüncü böyük limanıdır”.

– Bəs Azərbaycan –Türkiyə diasporunun beynəlxalq aləmdə fəaliyyəti barədə nə deyə bilərsiniz?

– Yaşadığımız qloballaşma əsri olduqca mürəkkəb xüsusiyyətlərlə səciyyələnir. Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək, “qloballaşma prosesi çox vaxt heç də nikbinlik doğurmur. Bu mürəkkəb və birmənalı qiymətləndirilməyən prosesin perspektivləri hamımızı düşündürür”.

Qloballaşma zamanı insanlar milli mənsubiyyətindən və vətəndaşlığından asılı olmayaraq ümumbəşəri dəyərləri paylaşmalı olurlar. Belə bir dövrdə, biz milli-mənəvi dəyərləri aşınmalardan qorumalıyıq.

Bu isə diaspor təşkilatlarının üzərinə çox ciddi missiyanın düşdüyünü ifadə edir. Təbii ki, belə bir dövrdə dövlətlərarası dostluqların diaspor təşkilatları arasında da formalaşdırılması bir zərurətdir. Bu zərurəti Azərbaycan Prezidenti cənab İlham Əliyev hələ 2013-cü ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Qəbələdə keçirilən III Zirvə toplantısındakı çıxışı zamanı aydın şəkildə səsləndirib və strateji bir vəzifə kimi qarşıya qoyub.

Hazırda istər Azərbaycan Respublikası, istərsə də ayrı-ayrı dövlət və qeyri-dövlət qurumları tərəfindən türksoylu xalqların birliyi istiqamətində çoxsaylı layihələr həyata keçirilir. Xüsusilə, Heydər Əliyev Fondu tərəfindən ortaq layihələr reallaşdırılır, ortaq mədəni dəyərlərin paylaşılmasına xidmət edən tədbirlər təşkil edilir. Bütün bunlar türk dünyasının birliyinə xidmət edir. Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfi tərəfindən 15-ci “Türk dünyasına xidmət” mükafatının Heydər Əliyev Fondunun ­prezidenti, UNESCO-nun və ISESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təqdim edilməsi də bunu bir daha təsdiq edir.

Azərbaycanın 20 faiz torpağı işğal altındadır, bir milyondan çox insan öz doğma yurd-yuvasından didərgin salınıb, məcburi köçkünlük həyatı yaşayır. Minlərlə azərbaycanlı vəhşiliklə qətlə yetilib və təəssüf ki, Ermənistan hələ də öz işğalçılıq siyasətini davam etdirir. Və nəinki davam etdirir, daha böyük xülyalarla sərsəm bəyanatlar verir, məkrli planlar qurur.

Burada bir məsələni də qeyd etmək istərdim. Azərbaycan və Türkiyə Avropa Şurasının üzvü olsalar da, ancaq hər iki qardaş ölkə daim ədalətsizliklə üzləşib. Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, Azərbaycan və Türkiyə Avropa Şurasına üzv olduqları dövrdə daim hədəf seçiliblər. Bu, həmin təşkilatda mövcud olan ayrı-seçkilik, riyakarlıq və ikili standartların bariz nümunəsidir.

Avropa Şurası dünyanın bir sıra ölkələrindəki antidemokratik addımlara göz yumur. Türkiyə və Azərbaycana münasibətdə tənqid islamofobiyanın təzahüründən başqa bir şey deyil. Avropa Şurası vahid standartlar tətbiq etmək əvəzinə, bəzi ölkələrdə müxtəlif pozuntular uydurur, digər ölkələrdə isə bu pozuntuları görməzdən gəlir. Avropa Şurasının bu cür ədalətsiz hərəkətlərinə qarşı Azərbaycan Prezidenti dəfələrlə yerində cavab verib. Azərbaycan və Türkiyə daim siyasi sifariş əsasında hədəf seçilib, ölkələrimiz haqqında olmayan yalanlar uydurulub və yayılıb. Ona görə də Prezident İlham Əliyevin də dediyi kimi, bu təşkilata olan ümidlər çoxdandır ki, itib.

Türkiyə hər zaman qardaş Azərbaycanın yanındadır. Türkiyə Dağlıq Qarabağ münaqişəsini öz problemi hesab edir. Bu münaqişə ilə bağlı həqiqətlər Türkiyə dövləti tərəfindən beynəlxalq tribunalardan dünya ictimaiyyətinin diqqətinə daim çatdırılır.

Türkiyədə Xocalı faciəsini gənc nəslin yaddaşına həkk etmək üçün onlarla abidə və park istifadəyə verilib. Türkiyənin böyük şəhərlərindən biri hesab olunan Kocaelidə 31 mart və Xocalı soyqırımları ilə bağlı muzey fəaliyyət göstərir. Burada dünyanın 100-dən çox televiziya kanalı xüsusi reportajlar və sənədli filmlər hazırlayıb. Bundan başqa, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası ilə birgə fəaliyyət göstərən Heydər Əliyev Mədəniyyət Evində Azərbaycanın tarixini və ədəbiyyatını əks etdirən kitabxana var.

Müsahibəni hazırladı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …