Dövlətimizin başıçısını, millətimizi əmin etmək istəyirəm ki, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad olunması üçün tam hazır vəziyyətdədir və əmr gözləyir. Bu qələbə uzaqda deyil. Biz bu qələbənin şahidi olacağıq.
Boyukmillet.com xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev bildirib.
O, 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu, onun rəhbərliyini, şəxsi heyətini təbrik edib, ən xoş arzularını çatdırıb.
“Azərbaycan Ordusu bu gün dünya orduları sırasında ön yerlərdən birini tutur. Hərbi hissələr qürur hissi verir. Azərbaycan Ordusu ən yeni silahlarla təmin olunub. Əsgərlərin, zabitlərin, generalların əhval-ruhiyyəsi yüksək səviyyədədir. Onlar hər bir zaman Ali Baş Komandanın verdiyi əmrləri gözünü qırpmadan icra edəcəklər”, – general-polkovnik deyib.
Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycan Ordusu Ermənistanın işğalı altında olan torpaqları azad etməyə hazırdır.