Abşeron Rayon İcra Hakimiyyətilə baglı son günlər bəzi saytlarda qərəzli informasiyalar yayınlanmaqdadır. Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən Abşeron Rayon İcra Başçısı İradə Gülməmmədovanın qardaşı Rövşən Quliyevin ötən gün saxlanması ilə əlaqədar məlumat yayılmışdır.
Boyukmillet.com-a açıqlama verən Rövşən Quliyev bütün bu məlumatların əsassız olduqunu, onun heç bir qurum tərəfindən saxlanılmadığını bildirib. Rövşən Quliyev ayrı ayrı vaxtlarda bəzi sayıtlar tərəfində ona qarşı qərəzli münasibət göstərildiyini, haqqında yalan və böhtan xəbər yaydıqlarını qeyd etdi. Ona qarşı bu addımların məqsədinin işgüzar nüfüzuna xələl gətirməyə cəhd olduqunu bəyan etdi. Qeyd edək ki Rövşən Quliyev Qarabağ Əlil Döyüşçülər Fufbol Federasiyasının rəhbəridir. Federasiya rəhbəri sonda açıqlamasında onu da əlavə etdi ki, Qarabağ əlilləri ilə bağlı gördüyümüz işləri həzm edə bilməyən bəzi çevrələr ona və federasiyaya qarşı davamlı olaraq qarayaxma kompaniyası aparırlar.