Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin sərəncamıyla general-leytenant Kərəm Mustafayevə general- polkovnik hərbi rütbəsi verilib.
Azərbaycanda bununla da sözügedən general-polkovnik rütbəsi daşıyanların sayı 20-yə çatıb. Bundan əvvəl isə, 19 məmura general-polkovnik rütbəsi verilib.
Sözügedən rütbəylə təltif edilən şəxslərin adlarını təqdim edirik:
1. Zakir Həsənov – Müdafiə naziri, ali hərbi rütbə
2. Nəcməddin Sadıqov – Müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ali hərbi rütbə
3. Ramil Usubov – Eks Daxili İşlər naziri, Prezident yanında Təhlükəsizlik Şurasının katibi, ali hərbi rütbə
4. Kəmaləddin Heydərov – Fövqəladə Hallar naziri, ali hərbi rütbə
5. Elçin Quliyev – Dövlət Sərhəd Xidmətinin rəisi, ali hərbi rütbə
6. Vaqif Axundov – Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi, ali hərbi rütbə
7. Bəylər Eyyubov – Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi, ali hərbi rütbə
8. Namiq Abbasov – Azərbaycanın sabiq Milli Təhlükəsizlik naziri, ali hərbi rütbə
9. Səfər Əbiyev – Sabiq Müdafiə naziri, ali hərbi rütbə
10. Eldar Mahmudov – sabiq Milli Təhlükəsizlik naziri, ali hərbi rütbə
11. Tofiq Ağahüseynov – Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı), ali hərbi rütbə
12. Aydın Əliyev – Dövlət Gömrük Komitəsinin keçmiş sədri, ali xüsusi rütbə
13. Zakir Qaralov – Sabiq Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik), ali xüsusi rütbə
14. Fikrət Məmmədov – Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik), ali xüsusi rütbə
15. Fazil Məmmədov – Sabiq Vergilər naziri I dərəcəli dövlət vergi xidməti müşaviri (general-polkovnik), ali xüsusi rütbə
16. Mədət Quliyev- Müdafiə Sənayesi naziri, ali hərbi rütbə
17. Səfər Mehdiyev- Dövlət Gömrük Komitəsinin sədri, ali xüsusi rütbə
18. Kərəm Mustafayev- Müdafiə nazirinin müavini, ali hərbi rütbə
19. Vilayət Eyvazov – Daxili İşlər naziri, ali hərbi rütbə
20. Məhərrəm Əliyev – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, ali hərbi rütbə