Cümə , 19 Aprel 2024
Drone Cameras

ABŞ PKK-ya 21 milyon dollar ayırdı – Şok iddia

ABŞ YPG/PKK terror təşkilatına 21 milyon dollar maddi yardım ayırıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ terror təşkilatının Bəşər Əsəd rejiminə tətbiq etdiyi sanksiyalardan zərər görməməsi üçün bu addımı atıb.

Qanunun qüvvəyə minməsindən bir gün sonra maliyyə dəstəyi alan YPG/PKK işğal altındakı bölgələrdə ödədiyi maaşları 150 faiz artırıb.

İddia edilir ki, ABŞ rəsmiləri yardımın davamlı olacağını açıqlayıb və ehtiyac olarsa, eyni dəstəyin veriləcəyini vəd edib.

ABŞ liderliyindəki Anti-İŞİD koaliyasının sözçüsü Maylz Keqqins faktı nə təkzib edib, nə də təsdiq. Keqqins YPG/PKK-ya COVİD-19-a qarşı mübarizə və tibbi yardım məqsədilə 1,2 milyon dollar verilib.

ABŞ Dövlət Departamenti isə yayılan məlumatları təkzib edib. 

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …