Çərşənbə , 25 Dekabr 2024
Drone Cameras

Parlament sədri: Qazaxıstan Azərbaycanla əməkdaşlığı möhkəmləndirməkdə maraqlıdır

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu ölkənin Parlament Məclisinin sədri Nurlan Niqmatulinlə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Qazaxıstan Parlamenti Məclisinin sədri N.Niqmatulin həmkarı Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədovla dost münasibətdə olduğunu bildirərək ona səmimi salamlarının çatdırıb.

O qeyd edib ki, Qazaxıstan Qafqaz regionunda əsas tərəfdaş kimi Azərbaycanla bütün sahələrdə əməkdaşlığın möhkəmləndirilməsində maraqlıdır. Parlament sədri Prezident Nursultan Nazarbayevin cari ilin aprel ayında Azərbaycana səfərini ikitərəfli strateji münasibətlərin inkişafında əhəmiyyətli hadisə adlandırıb.

N.Niqmatulinin sözlərinə görə, Qazaxıstanla Azərbaycanın aktual beynəlxalq və regional məsələlər üzrə razılaşdırılmış mövqeyi üst-üstə düşür. Məclisin sədri qeyd edib ki, burada parlament diplomatiyası da mühüm rol oynayır. O, parlamentlərarası əməkdaşlıq komissiyalarının və müvafiq komitələrinin potensialından istifadənin əhəmiyyətini də vurğulayıb.

Spikerin sözlərinə görə, bu, Qazaxıstan və Azərbaycan dövlət başçılarının razılaşdırdığı bütün müqavilələrin effektiv həyata keçməsinə zəmin yaradacaq. Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov da öz növbəsində Milli Məclisin sədri Oqtay Əsədovun salamlarını Qazaxıstan Parlamenti Məclisinin sədrinə çatdırıb. Səfir bildirib ki, iki ölkə arasında bütün sahələrdə olduğu kimi parlamentlər arası əlaqələr də yüksək səviyyədədir. Azərbaycanla Qazaxıstan eləcə də TürkPA çərçivəsində də sıx əməkdaşlıq edir. Təşkilatın fəaliyyəti tariximizin qorunmasına və ortaq maraqlarımızın həyata keçirilməsinə xidmət edir. Ölkələr arasında siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələr inkişaf edir.

Diplomat bildirib ki, Azərbaycan tərəfi də hər iki ölkənin parlament nümayəndələrinin qarşılıqlı səfərlərinin intensivləşdirilməsində maraqlıdır və bu cür səfərlərin tərəflər arasında bir sıra məsələlər üzrə fikir və təcrübə mübadiləsinə imkan yaradır. Hər iki tərəf daha sıx əməkdaşlığa və o cümlədən, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü çərçivəsində qarşıdan gələn mühüm tədbirlərə hazır olduqlarını bildiriblər. Görüşdə İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə birinci sammiti, eləcə də “EKSPO-2017” Beynəlxalq Sərgi çərçivəsində birgə tədbirlərin keçirilməsi məsələləri də müzakirə edilib.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir