Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

Gömrükçülər daha bir qaçaqmalçılığın qarşısını alıb

Böyukmillet.com xəbər verir ki, Dövlət Gömrük komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları iki fakt üzrə siqaretlərin gömrük nəzarətindən gizlədərək ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar. 

Hər iki fakt idarənin “Qırmızı Körpü” gömrük postunda qeydə alınıb.

Belə ki, Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Volvo” markalı və Türkiyə Respublikası vətəndaşının idarə etdiyi ” İVECO” markalı yük avtomobilləri saxlanılıb və gömrük baxışı keçirilib.

Baxış zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərindən ümumilikdə 3 600 ədəd “Marlboro” markalı siqaret aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Check Also

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Boyukmillet.com xəbər …