Bazar , 15 Noyabr 2026
Drone Cameras

“Al Market”dən oğurluq edən şəxs tutuldu

Bakıda mağazada oğurluq hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə mayın 14-də Binəqədi rayonu DSK yolunda yerləşən “Al Market”də qeydə alınıb.

Belə ki, naməlum şəxs satıcının fikrini yayındırmaqla 138 manatlıq tütün məmulatları oğurlayıb.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1970-cı il təvəllüdlü Vüqar Kərimov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Sabiq nazir oğurladığı pulları meşədə gizlədibmiş

Macarıstanda müstəntiqlər keçmiş milli inkişaf naziri Mikloş Seştakla bağlı cinayət işi çərçivəsində Budapeştdə və ölkənin …