Cümə , 5 Dekabr 2025
Drone Cameras

Bakıda avtomobilin vurduğu şəxs xəstəxanada öldü

Bakıda yol qəzası baş verib.

Boyukmillet.com xəbər verir ki, hadisə iyunun 29-u saat 22 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, paytaxt sakini, 1990-cı il təvəllüdlü Pərvin Sadıqov idarə etdiyi “Chevrolet” markalı avtomobillə qəsəbə sakini, 1978-ci il təvəllüdlü Emin Əbilovu vurub. İyunun 30-da E.Əbilov rayon xəstəxanasında ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Check Also

BMT ukraynalı uşaqlarla bağlı qətnamə qəbul etdi: Azərbaycan səsvermədə iştirak etmədi

Dekabrın 3-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyadan zorla köçürülmüş və ya deportasiya edilmiş bütün ukraynalı …