Azərbaycanda COVID-19-a yoluxanların sayının artması səbəbindən xəstəxanlarda yer çatışmazlığı gündəmdədir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı da Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqlərindəki çıxışlarında xəstələnənlərin sayının çox olacağı təqdirdə, yer çatışmazlığı problemi yaşanacağını vurğulayıb.
Hətta iddialara görə, xəstəxanlarda yer olmayacağı halda məktəblər, şadlıq sarayları koronaviruslu xəstələr üçün ayrılacaq.
Boyukmillet.com xəbər verir ki, Məsələ ilə bağlı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, bu barədə hər hansı informasiyaya malik deyil.
Qeyd edək ki, hazırda aşağıdakı xəstəxanlar koronaviruslu xəstələrin müayinə və müalicəsi üçün ayrılıb:
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu;
26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası;
Kliniki Tibbi Mərkəz;
Azərsu Tikinti Xəstəxanası;
Göyçay RMX;
Salyan RMX;
Xızı RMX;
Qusar RMX;
Ucar RMX;
Saatlı RMX;
Zərdab RMX;
Gəncə Dəmiryol Xəstəxanası.