Şənbə , 28 Mart 2026
Drone Cameras

FHN tərəfindən dezinfeksiya işləri davam etdirilir – VİDEO

Azərbaycan Respublikası ərazisində koronavirusla (COVID-19) mübarizə məqsədilə ölkə başçısı İlham Əliyevin göstərişi əsasında kompleks effektli tədbirlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən Open.az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, FHN koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə aidiyyəti üzrə fəaliyyətini davam etdirir.

Belə ki, Operativ Qərargahın Bakı şəhəri üzrə müəyyən etdiyi obyektlərdə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən dezinfeksiya tədbirləri davam etdirilir, müxtəlif məkanlar xüsusi məhlulla dezinfeksiya edilir.

Dezinfeksiya işlərinin mütəmadi olaraq aparılması nəzərdə tutulur.

Check Also

İran Trampın Hörmüz boğazının açılması ilə bağlı ultimatumuna cavab verib

İran Silahlı Qüvvələri Vaşinqton İslam Respublikasının elektrik stansiyalarına hücum etmək qərarına gələcəyi təqdirdə, Birləşmiş Ştatların …