Cümə , 22 Noyabr 2024
Drone Cameras

Parlament jurnalistləri Prezidentə təşəkkür etdi

Parlament Jurnalistləri Birliyi Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.

Boyukmillet.com xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm cənab Prezident!

Azərbaycan Milli Mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında imzaladığınız Sərəncam media ictimaiyyəti arasında böyük rəğbət, ehtiram və məmnunluqla qarşılanıb.

Parlament Jurnalistləri Birliyi olaraq bu Sərəncamı Sizin həm mətbuatımızın tarixi missiyasına, həm də mediamızın müasir cəmiyyətdəki roluna və gələcəyinə verdiyiniz dəyərin növbəti nümunəsi kimi qiymətləndiririk. Xüsusilə, dünyanın, eləcə də ölkəmizin COVID-19-la mübarizə apardığı indiki çətin zamanda, şərəf tariximizin bu əlamətdar hadisəsinə diqqət göstərməyiniz media ictimaiyyətində peşəsinə bağlılığı və sabaha inamı daha da artırır. Bu, bir daha Sizin rəhbərliyinizlə dövlətimizin daim jurnalistlərin yanında olduğunun, Azərbaycanda söz azadlığı və media qurumlarının inkişafının prioritet məsələ sayıldığının əyani göstəricisidir.

Hörmətli cənab Prezident!

Sizin rəhbərliyinizlə indiyədək ölkəmizdə medianın inkişafı istiqamətində çox ciddi addımlar atılıb. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə dövlət büdcəsindən ayrılan vəsait hesabına media nümayəndələri üçün yaşayış binalarının tikilməsi, mətbuatımızda xidmətləri olan həmkarlarımızın mükafatlandırılması kimi addımlar bu qəbildəndir.

Azərbaycan Milli Mətbuatının 145 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığınız Sərəncamda müvafiq qurumların, o cümlədən jurnalist təşkilatlarının qarşısında konkret vəzifələr qoymusunuz, həmçinin mətbuatın inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təkliflərin verilməsini tövsiyə etmisiniz. Bu etimadı, jurnalist təşkilatlarının cəmiyyət həyatındakı rolunun artırılmasına Sizin tərəfinizdən verilən bir təkan kimi qiymətləndiririk.

Cənab Prezident!

Biz jurnalistlərə, jurnalist təşkilatlarına verdiyiniz dəyərə və etimada görə özündə ölkənin əksər media qurumlarının təmsilçilərini birləşdirən Parlament Jurnalistləri Birliyi adından Sizə dərin təşəkkürümüzü bildiririk!

Bildiririk ki, Azərbaycan dövlətinin inkişafı və torpaqlarımızın azadlığı yolunda apardığınız yorulmaz mübarizədə, Azərbaycan həqiqətlərinin, haqlı mövqeyimizin dünyaya çatdırılmasında PJB olaraq dövlətimizin yanındayıq!”.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …