Şənbə , 13 Dekabr 2025
Drone Cameras

“Qızdırması düşmüşdü, KT-də bu diaqnoz çıxdı” — Etibar Babayevin xanımı

Koronavirusdan dünyasını dəyişən AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Etibar Babayev dəfn olunub.


Boyukmillet.com xəbər verir ki, dəfn mərasimində mərhumun az sayda yaxınları iştirak edib. Etibar Babayevin həyat yoldaşı Səyyarə Babayeva dövlət televiziyasına açıqlama verib. O, açıqlamasında bildirib ki, E.Babayev iki gün ev şəraitində müalicə alıb və temperaturu 37 dərəcə olub:
“İki gün evdə idi, bir az müalicə aldı. Sonra gördük ki, qızdırması yoxdur, artıq 37,1 dərəcə idi. Ancaq bir qədər təngnəfəs idi. Həkimlə danışdım və məsləhət görüldü ki, ağciyərlərin kompüter tomoqrafiyası edilsin. KT-dən sonra bu diaqnoz çıxdı”.

Check Also

İcra başçısı korrupsiyaya görə həbs olunmuş məmurun yerinə onu təyin etdi

Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub. Boyukmillet.com iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı …