Cümə , 22 Noyabr 2024
Drone Cameras

Daha bir məmurun Praqadakı şirkətləri üzə çıxdı – Fotofaktlar

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Texniki Nəzarət Qruplarının işi üzrə Əlaqələndirici İdarəsinin rəisi Hacıqulu Sadıqovun Praqada şirkəti haqqında məlumat yayılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb:

Onun sözlərinə görə, Hacıqulu Sadıqov Çexiyada daşınmaz əmlak şirkəti açıb, evlər alıb. Şirkətinə də bir hissəsinə Füzuli rayonunun adı verilib.

Sənədlərə görə, Bakı şəhəri Nərimanov 77/44-də yaşayan 1959-cu il təvəllüdlü Hacıqulu Sadıqov FÜZULİ SRO şirkətini 2016-cı ilin martında Praqa, Modrany, Na schoddkach 134/6 ünvanında qeydiyyatdan keçirib. Bu ünvanda bir sıra məmurların şirkətləri hüquqi qeydiyyatdadır.

Hacıqulu Sadıqov Çexiyadakı şirkətini idarə etmək üçün Praqada yaşayan Həsən Hüseynov adlı şəxsə etibarnamə verib.

Qeyd edəl ki, Hacıqulu Sadıqov 2017-ci ildə Energetika naziri Pərviz Şahbazovun əmri ilə nazirliyin Dövlət Qaz Nəzarət İdarəsinin rəisi vəzifəsindən azad edilib. Daha sonra isə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Texniki Nəzarət Qruplarının işi üzrə Əlaqələndirici İdarəsinin rəisi təyin olunub.

Daha bir məmurun Praqadakı şirkətləri üzə çıxdı -  Fotofaktlar
Daha bir məmurun Praqadakı şirkətləri üzə çıxdı -  FotofaktlarDaha bir məmurun Praqadakı şirkətləri üzə çıxdı -  Fotofaktlar
Daha bir məmurun Praqadakı şirkətləri üzə çıxdı -  Fotofaktlar

Check Also

Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına xəbərdarlıq edilib

Qərar “ATACAMS” raketlərinə icazədən sonra verilib Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına təhlükə …