Cümə , 22 Noyabr 2024
Drone Cameras

Vətənpərvər məktəblilər“ layihəsi icra ediləcək.

Azərbaycan Respublikasinin Prezidenti Yaninda Qeyri-Hökumət Təşkilatlarina Dövlət Dəstəyi Şurasinin yardımı ilə Elmi Araşdırmalar ictimai birliyi “Vətənpərvər məktəblilər“ layihəsini icra edəcək. Layihə üç ay müddətinə icra olacaq.
Dövlətimiz yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili, milli dəyərlərin qorunub saxlanması, vətəndaşlıq hisslərinin aşılanması daim diqqət mərkəzində olmalıdır, yeniyetmə və gənclərin təhsili, sağlamlığının qorunması, asudə vaxtlarının səmərəli keçirməsi, vahid mərkəzdə eyni ideal ətrafında birləşməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilir.
Elmi Araşdırmalar ictimai birliyi vətənpərvərlik hisslərinin gənc nəsilə aşılanması üçün Cəbrayıl rayonundan olan məcburi köçkün məktəbində “Vətənpərvər məktəblilər” layihəsinin həyata keçirilməsini məqsədə müvafiq hesab etdib. Belə ki, milli və mənəvi dəyərlərə bağlı məktəblilərin yetişdirilməsi insanda öncə vətənpərvərlik hisslərini gücləndirir, sonrakı mərhələlərdə isə insanın əsl vətəndaş olmasında birbaşa rol oynayır. Layihə zamanı Məktəblilərin Vətənpərvər ruhda tərbiyə edilməsi məqsədilə qazilərimiz, şəhid ailəsinin üzvləri təhsil müəssisəsinə dəvət ediləcəklər. Şəhidlərin ailə üzvlərinin arasında münasibətlər yaradılacaq.Şagirdlər geyim forması və xüsusi fərqlənmə əlamətləri ilə təchiz ediləcəklər.Muzeylərdən və digər mədəni tədbirlərdən pulsuz istifadə edilməsinə şərait yaradılacaq. Layihə Pandemiya dövrünə düşdüyünə görə hələlik Elmi Araşdırmalar ictimai birliyi layihənin birinci mərhələsinə start verir. Qeyd etdiyimiz kimi məktəblilər üçün xüsusi geyim formaları sifariş verir.

Elmi Araşdırmalar ictimai birliyi

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …