Şənbə , 5 Aprel 2025
Drone Cameras

Şura rəsmisi: Məsələ tezliklə həll olunacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Mətbuat Xidmətinin rəhbəri Elməddin Behbud QHT-lərin icazələrinin ləğv olunması ilə bağlı məsələnin diqqətdə olduğunu bildirib:


“Əziz dostlar, hörmətli QHT nümayəndələri!Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası hazırkı karantin rejimi dövründə QHT-lərin müvafiq istiqamətdə fəaliyyət azadlığının təmin olunması məqsədi ilə icazənin alınması üçün Nazirlər Kabineti yanında Operativ Qərargahla danışıq aparır. İnanırıq ki, məsələ tezliklə həll olunacaq və siz ictimai faydalı fəaliyyətinizi davam etdirəcəksiniz. Səbirli olub bir qədər gözləməyimiz lazımdır.”

Check Also

Cəlaloğlu: İki ölkə Azərbaycan və Ermənistanın sülh sazişi imzalamasına mane olur

“İndiki şərtlər altında 2025-ci ildə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını gözləmək doğru deyil. …