Çərşənbə axşamı , 10 Fevral 2026
Drone Cameras

Bakıda hərbçiyə qarşı hörmətsizlik edən şəxs həbs edildi

Qaradağ rayonu, Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq hörmətsizlik nümayiş etdirən və bu hərəkətlərini mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayan 1986-cı il təvəllüdlü Orucəli Zərbəliyevlə bağlı qərar verilib.

Boyukmillet.com xəbər verir ki, Qaradağ Rayon Məhkəməsinin qərarı ilə o, 30 sutka inzibati həbs edilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq hörmətsizlik nümayiş etdirən və bu hərəkətlərini mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayan Orucəli Zərbəliyev ötən gün polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Check Also

Bakıda avtomobil saxlamaq niyə problemə çevrilib? – ‘Azparkinq’ ətrafında narazılıq

“Azparkinq” MMC fəaliyyətə başlayanda paytaxt sürücülərində ümid yaranmışdı ki, illərlə yol kənarlarında hökm sürən qeyri-rəsmi …