Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Avtomobili yüksək sürətlə idarə edən qadın sürücü saxlanılıb

Sosial şəbəkələrdə 90-PB-038 dövlət nömrə nişanlı, “KIA Optima” markalı avtomobilin sürücüsünün saatda 60 kilometr sürət həddinin müəyyənləşdirildiyi yolda 120-180 kilometr-saat sürətlə hərəkətdə olmasını əks etdirən video çəkib yayımlaması ilə əlaqədar araşdırmalar aparılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Open.az-a bildirib ki, süjetlə bağlı ətraflı araşdırmalardan sonra inzibati xəta tərkibi yarandığı təsdiqini tapıb.

Həmin sürücü – sosial şəbəkələrdə Pəri Kərimli kimi tanınan Pərvanə Qafarlı saxlanılıb. Onunla söhbət zamanı P.Qafarlı törətdiyi inzibati xətanı etiraf edib. Onun barəsində müvafiq tədbir görülüb.

Check Also

Bakıda azyaşlı uşağa işgəncə verən atalığı həbs edilib

Bakıda azyaşlı uşağa işgəncə verən şəxs həbs edilib. Boyukmillet.com xəbər verir ki, hadisə Türkan qəsəbəsində …