Cümə , 27 Fevral 2026
Drone Cameras

Zakir Həsənov Türkiyəyə başsağlığı verdi: “Bu dəhşətli hadisədən çox kədərlənirik”

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 31-də Bakı vaxtı ilə saat 21.55-də Şırnak əyalətinin Uludərə rayonundakı Şenoba bölgəsində Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olan hərbçilərlə bağlı Türkiyənin milli müdafiə naziri Fikri İşık və Türkiyə Baş Qərargah rəisi ordu generalı Hulusi Akara başsağlığı ünvanlayıb.

Musavat.com Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, başsağlığında bildirilir: “Qardaş Türkiyə Respublikasının Şırnak vilayatində baş vermiş helikopter qəzası nəticəsində biri general olmaqla çox sayda hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən sarsıtdı.

Biz bu dəhşətli hadisədən çox kədərlənirik.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin”.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir