Bazar , 8 Fevral 2026
Drone Cameras

Murovda yüksəklik azad olundu? – RƏSMİ AÇIQLAMA

Hazırda sosial şəbəkələrdə Murovdağın “Güzgü” postunun guya azad edilməsi ilə bağlı məlumatlar yayılır.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ordu.az-ın sorğusuna Müdafiə Nazirliyindən cavab olaraq bildiriblər ki, hazırda təmas xəttində nisbi sakitlikdir.

“Məlumatlar əsassızdır. Təmas xəttində sakitlikdir. Əməliyyat şəraitində heç bir dəyişiklik yoxdur”, – deyə nazirlikdən qeyd ediblər.

Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər ki, ictimaiyyəti bu cür yalan məlumatlarla aldatmaq, onların hissləri ilə oynamaq qəbuledilməzdir.

Check Also

Müəllimin güllələndiyi liseyin direktoru vəzifədən uzaqlaşdırıldı

Bakıda yerləşən “İdrak” liseyində baş verən və müəllimin güllələnməsi ilə nəticələnən hadisədən sonra təhsil müəssisəsinin …