Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 2 saylı uşaq evinin sakinləri ilə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının 2 saylı uşaq evinin sakinləri ilə görüşüb.

Fonddan Trend-ə verilən məlumata görə, uşaqlarla birlikdə nahar süfrəsi arxasında səmimi söhbət edən Leyla Əliyeva onların dərs ilini uğurla başa vurması barədə danışıb və qarşıda yay istirahəti müddətində asudə vaxtlarının təşkili proqramı ilə maraqlanıb.

Qeyd edək ki, 2 saylı uşaq evi Heydər Əliyev Fondunun daim baş çəkdiyi müəssisələrdən biridir. Bu dəfə uşaq evindən kənarda təşkil olunan görüşdə uşaqlar üçün əyləncə proqramı da təşkil edilmişdi. Leyla Əliyeva uşaqlarla birlikdə rəqs edib. Onlarla xatirə fotoları çəkdirib.

Check Also

Kiberpolisdən “Qarabağ” – “Ayaks” oyunu ilə bağlı əməliyyat – Saxlanılanlar var

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) dekabrın 10-da Çempionlar Liqasının növbəti mərhələsində Tofiq …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir