Çərşənbə axşamı , 6 May 2025
Drone Cameras

“WhatsApp” zəngləri bərpa edildi – Nazirlikdən açıqlama

Azərbaycanda “WhatsApp” zəngləri bərpa edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet şəbəkəsi üzərindən təşkil olunan telekommunikasiya xidmətlərində bəzi problemlərin olmasına münasibət bildirib.

Qurumdan APA-ya daxil olan açıqlamada bildirilir: “Ölkəmizdə uğurla keçirilən IV İslam Həmrəyliyi Oyunlarının təhlükəsizlik tədbirlərinin tərkib hissəsi olaraq Azərbaycan ərazisində müvəqqəti olaraq internet şəbəkəsi üzərindən təşkil olunan telekommunikasiya xidmətlərinə (“Skype”, “Viber”, “WhatsApp” və s.) məhdudiyyətlərin tətbiqi səsli və görüntülü onlayn kommunikasiya proqramlarının istifadəsində müəyyən çətinliklər yaradıb. Həmin dövrdə bir çox profilaktik tədbirlərin sırasında şəbəkənin sazlanması işləri də həyata keçirilib. Hazırda texniki yeniləmə işləri başa çatıb və vətəndaşlar bu kommunikasiya proqramlarından yerli və beynəlxalq əlaqələr üçün istifadə edə bilərlər”.

Check Also

Türkiyə səfiri Mətbuat Şurasında olub

Türkiyənin Azərbaycandakı föqəladə və səlahiyyətli səfiri Birol Akgün Mətbuat Şurasında olub. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir