Xəbər verdiyimiz kimi Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov sərt karantin rejiminin daha iki həftə uzadılmasının nəzərdə tutulduğunu bildirib. Qeyd edək ki, iyulun 16-da 493 yeni yoluxma qeydə alınıb, 561 nəfər isə sağalıb. Gündəlik yoluxmalarda azlma dinamikası davam edərsə avqustun sonunda Azərbaycanda karantin rejimi ləğv edilə bilərmi?
Bununla bağlı danışan Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev bildirib ki, gündəlik yoluxmaların sayı bu cür azalarsa və sağalanlar çoxalarsa çox güman ki, o işə baxıla bilər. Bu çox ciddi dövrdür. Stabilləşmə əldə olunub. İnkişaf dinamikası var. Bunu saxlamaq lazımdır. Təbii ki, bu bizim səhiyyə işçilərinin yükünün azaldılması ilə yanaşı həm də insanlarımızın sağlamlığı üçün çox mühüm əhəmiyyət daşıyır. Xəstələrimiz nə qədər az olarsa onlara qulluq da bir o qədər rahat olar. 5-10 gündən sonra rəqəmlər təhlil olunar, nəticələr öyrənilər. Yumşalma və ya karantin rejiminin mərhələli şəkildə ləğvi ilə bağlı qərar qəbul edə bilərlər”.