Cümə axşamı , 9 Aprel 2026
Drone Cameras

Payızda ikinci dalğa gələcək, amma… – Baş infeksionistdən VACİB AÇIQLAMA

Rusiyada koronavirusun payızda yayılacaq ikinci dalğası birinci qədər təsirli olmayacaq.

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti, professor Vladimir Çulanov deyib.

Ölkə mediasına açıqlama verən professor payızda bütün virus mənşəli xəstəliklərin əvvəlki mövsümlərə nisbətən artdığını, dolayısı ilə koronavirusun da geniş yayıla biləcəyini bildirib:

“İnsanların tətildən geri qayıtması hər zaman tənəffüs yolları xəstəliklərinin artmasına yol açar. Lakin koronavirusun ikinci dalğasının ilki qədər güclü olmasını gözləmirik”.

Bir çox rus vətəndaşının COVID-19-a qarşı immun sisteminin yarandığını söyləyən Çulanov insanların qabaqlayıcı tədbir qaydalarına daha diqqətli riayət etdiyini vurğulayıb.  

Check Also

ABŞ və İran arasında tarixi görüş BU MƏKANDA KEÇİRİLƏCƏKFOTO

Aprelin 10-na planlaşdırılan İran və ABŞ nümayəndələrinin görüşü Pakistanın baş naziri Şahbaz Şərifin iqamətgahında və …