Cümə , 27 Dekabr 2024
Drone Cameras

Türkiyədən şok iddia : “8 min əfqan İran vasitəsi ilə Qarabağa gətirilib”

Beynəlxalq Əsassız Erməni İddiaları İlə Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəy Ermənistanın 8 min muzdlu Əfqan əsgərini 5 illiyinə öz ordusuna dəstək olmaq və Qarabağda sərhədləri qorumaq üçün gətirdiyini iddia edib.

Boyukmillet.com xəbər verir ki, aprel döyüşlərindən sonra Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında xidmət etmələri üçün muzdlu əfqan əsgərlərini ölkəyə gətirdiyini deyən Gülbəy daha sonra sözlərinə belə davam edib:

“Azərbaycanın güclü ordusunun qarşısında əzilən və işğal etdiyi torpaqların kiçik bir qismini itirən Ermənistan, çoxlu sayda hərbçisini də itirmişdi. Buna görə də erməni ailələri uşaqlarını Qarabağ bölgəsinə əsgərliyə göndərməməklə bağlı qərar qəbul ediblər.

Ermənistan hökuməti isə öz növbəsində bu problemi həll etmək üçün pul qarşılığında və bəzi imkanlar tanıyaraq səkkiz min əfqan muzdlusunu Ermənistana gətirərək hərbi təlimlərə başlayıb. Bu əsgərlərə beş il xidmətin qarşılığında 3 min dollar maaş və beş ildən sonra Ermənistan vətəndaşlığı və Avropa vizası vəd olunub. Bu əfqan ailələri İran üzərindən Ermənistana gətirilir və bunu İran vətəndaşlarının sosial mediadan yazdıqlarından da öyrənmək mümkündür.

Böyük Ermənistan xəyalı quran ermənilərin, xəyalınə qurduqları ölkəni qoruyacaq əsgərləri belə yoxdur. Faşist Ermənistan dövləti hər cür terroru dəstəkləyir.”

Dərnək rəhbəri bundan başqa əfqan muzdluların İrandan tranzit yolla gətirildiyini deyib.

Qeyd edək ki, muzdlu əfqanların İran üzərindən müxtəlif ölkələrə döyüşə göndərilməsi yeni xəbər deyil. Bundan öncə, İranın məzhəb amilindən yararlanaraq azsaylı şiə əfqanlardan ibarət muzdluları Suriyaya göndərdiyi haqda məlumatlar mövcuddur.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir