Milli Məclisin deputatı Elman Nəsirovun səsləndirdiyi, “Koronavirusun dili olsaydı, deyərdi ki, Ermənistan mənim müttəfiqimdir. Ermənistan və koronavirus sözləri sinonimdir”, – fikirləri ictimaiyyət arasında birmənalı qarşılanmadı. Və sosial şəbəkələrdə çoxsaylı istifadəçilər tərəfindən paylaşılaraq tənqdilərə və müzakirələrə səbəb oldu.
Bununla bağlı Dominant.az-a açıqlama verən deputat iqtidarın təmsilçisi olaraq ölkə prezidentinin siyasətini təbliğ etdiyini bildirib: “Təbii ki, müəyyən müxalif-siyasi dairələr, əks mövqeli insanlar mənim mövqeyimlə razılaşmaya və tənqid edə bilərlər. Bu, onların öz işidir. Ancaq mən çıxışımda Azərbaycan Prezidenti cənab İlham Əliyevin koronavirus pandemiyasına qarşı beynəlxalq səyləri birləşdimək üçün BMT Baş Məclisinin xüsusi sesiyasının çağırılması təşəbbüsünü ortaya qoyduğunu və onun keçirilməsinə nail olduğunu demişəm”.
“BMT Baş Məclisində 193 ölkə var. Həmin ölkələrdən Ermənistanı kənara qoysaq, 192 ölkə qalır. Bu ölkələrin 130-dan çoxu birmənalı şəkildə bizim mövqeyimizi dəstəkləyir, bəziləri isə neytral qalıb. Amma yeganə dövlət Ermənistandır ki, açıq şəkildə Azərbaycanın koronavirusa qarşı birləşmək təşəbbüsünü müdafiə etməyəcəyini deyib. Belə olan təqdirdə də mən məsələyə məntiqlə yanaşmışam və demişəm ki, “Əgər, koronavirusun dili olsaydı, deyərdi ki, bu dünyada mənim cəmi bir müttəfiqim var, o da Ermənistan dövlətidir. Çünki o mənə qarşı mübarizənin əleyhinə qoşulmadı, məni meydanda tək qoymadı və məni dəstəklədi”. Bunun ardınca böyük rus şairi Aleksandr Puşkinin qəhrəmanının adından erməniyə ünvanladığı sözləri xatırlatdım: “Sən alçaqsan, sən oğrusan, sən əclafsan, çünki sən ermənisən”. Ona görə də deyirəm ki, oğurluq, alçaqlıq, ermənilik sinonim sözlərdir. Yəni, sözümün canı odur ki, Ermənistanın ali siyasi rəhbərliyinin Azərbaycan dövlətinin virusa qarşı təşəbbüsünü dəstəkləmədiyi, əleyhinə olduğu üçün Ermənistan dövlətini kəskin tənqid etmişəm və koronavirusa bənzətmişəm. Elə bilirdim ki, mənim fikrimi dəsətəkləyəcəklər, amma mən gördüm ki, Ermənistanın içimizdə çoxsaylı tərəfdarları var imiş”, – deputat əlavə edib.
Nəsirov hesab edir ki, ona qarşı çıxanlar azərbaycanlı adıyla profillər yaradan ermənilərdir: “Çünki mən onların mənim əleyhimə yazdığı yazıları analiz edəndə gördüm ki, çox savadsız yanaşmaları var, dilimizi də yaxşı bilmirlər. İkincisi isə rəsmi statistikaya görə, bizdə 30 min erməni yaşayır. Həmin adamlar da 30 mindən doğulub törəyənlərdir. Çünki onlar qan yaddaşı, sümüyü və əxlaqıyla da ermənidir. Belə olan halda da istər- istəməz genetik kod işə düşür. Çünki mən onların dayılarını tənqid edirəm. Ona görə də mənim əleyhimə qalxırlar. Yaxud da ki, həm birinci, həm də ikincilər birləşib mənə qarşı birləşirlər ki, bu da üçüncü versiyadır. Nəticədə də it sürüsü kimi hücuma keçirlər”.
“Dördüncülər isə azərbaycanlılardır. Onların erməni qarışığı olmasa da, mənim mövqeyimin dövlətin, xalqın mövqeyi olduğunu bilirlər. Onlar sadəcə anti-milli ünsürlərdi. Hətta onlar görəndə ki, mən Ermənistan əlyehinə çıxış edirəm, yenə də siyasi baxışlarıma görə əleyhimə mövqe sərgiləyirlər. Yəni, mənim əleyhimə mövqe bildirən bu dörd qruplaşma həddindən artıq savadsız, söyüşə, əxlaqsızlığa uyğun davranış ortaya qoyub. Yenə də təəccübümü gizlədə bilmirəm ki, mən ermənini tənqid etdim, amma özümkülərin tənqidinə tuş gəldim”, – deyə müsahibimiz əlavə edib.
Turqut Qılınc