Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

AzTV-nin əməkdaşı koronavirusdan dünyasını dəyişdi

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin operatoru 74 yaşlı İmanov Abasağa koronavirusdan dünyasını dəyişib.

Televiziyadan Open.az-a verilən məlumata görə, veteran operator 60 yaşı ötmüş bütün digər əməkdaşlar kimi artıq 1 aya yaxındır TV-yə gəlməsə də, qəflətən evdə özünü pis hiss edib. 6 gün idi ki, xəstəxanada müalicə alan A.İmanov bu gün dünyasını dəyişib.

AzTV kollektivi Abasağa İmanova Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı verir!

Check Also

“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi – 610 min manatlıq fırıldaq

“Toyota Bakı Mərkəzi”nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub. O, tanışı …