Çərşənbə axşamı , 24 Noyabr 2026
Drone Cameras

Vəhşi heyvanları qəfəsdə saxlayan restoran sahibi cəzalandı

Ağstafa rayonunda “Yaşıl Göl” restoranında vəhşi heyvanların qəfəsdə saxlanılması ilə bağlı sosial şəbəkədə yayılan məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.

Nazirliyin mətbuat katibi İradə İbrahimova Open.az-a bildirib ki, “Yaşıl Göl” ailəvi istirahət mərkəzində 2 ayı, 2 canavar və 2 meymun qəfəsdə saxlanıldığına görə akt tərtib olunub.

Vəhşi heyvanlar götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına, meymunlar isə zooparka təhvil veriləcək. Hazırda restoran sahibi Zöhrab Rəsulov barəsində qanunamüvafiq tədbirlər görülür.

“Nazirlik vəhşi heyvanların istirahət mərkəzlərində qəfəslərdə saxlanılmasını pisləyir və vəhşi təbiətin mühafizəsinə öz töhfəsini verərək bu faktı ictimailəşdirən hər kəsə təşəkkürünü bildirir”, – İ.İbrahimova əlavə edib.

Check Also

Əlilliyin qiymətləndirilməsi qaydasında dəyişiklik edildi

Şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş Əmək və Əhalinin …