Çərşənbə , 30 Oktyabr 2024
Drone Cameras

Tovuz döyüşləri Türkiyəni hədəf almışdı? – Professordan diqqətçəkən açıqlamalar

Ermənistan Azərbaycan iqtisadiyyatının həyati əhəmiyyətli enerji və nəqliyyat korridorlarını hədəf alıb.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə mediasında açıqlamasında Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi şöbə müdiri Cavid Vəliyev deyib.

12-14 iyulda Ermənistan-Azərbaycan sərhədində baş verən insidentlə bağlı danışan professor bildirib ki, Ermənistan Türkiyəyə müxalif dövlətlərin də dəstəyini almağa çalışır.

Qeyd edək ki, gərginliyin yaşandığı bölgə olan Tovuz Azərbaycan-Gürcüstan-Türkiyə korridorunun, enerji və nəqliyyat yollarının çox yaxınlığında yerləşir. Bakı-Tbilisi-Ceyhan xam neft boru xətti, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu istiqamətdən keçir. Bu korridor Türkiyənin Mərkəzi Asiyaya açıldığı, Xəzərin neft və təbii qazını Türkiyə və dünyaya daşıyan enerji və nəqliyyat xətlərinin olduğu yerdir. Ermənistanın kənar saxlanıldığı bu layihələr bir tərəfdən Azərbaycan-Gürcüstan-Türkiyəni birləşdirən və Cənubi Qafqazmın dünyaya çıxış layihələridir. Digər tərəfdən Azərbaycan iqtisadiyyatının can damarıdır. Bu səbəbdən Azərbaycanın layihələrini vurmaqla ölkəyə zərər vermək düşüncəsi Ermənistanda hakim fikirdir. Qısası, Türkiyə və Azərbaycanı birləşdirən layihələrə zərər vermək dayana bilər.

Bildirilib ki, Ermənistan həm də Dağlıq Qarabağ münaqişəsini unutdurmaq, beynəlxalq diqqəti münaqişə ocağından yayındırmaq üçün məhz Tovuz istiqamətində hərəkətə keçib.

Check Also

Aqil Abbas üsyan etdi-“Qarabağa köçənlərə heyvan saxlamağa 1 metr də torpaq verilmir”

“Torpaqlar kiminsə monopoliyası üçün işğaldan azad edilməyib” Oktyabrın 29-da Milli Məclisin növbəti plenar iclası keçirilib. …