Cümə , 22 Noyabr 2024
Drone Cameras

22 Iyul milli mətbuatımızın yaranması günüdür.

22 Iyul milli mətbuatımızın yaranması günüdür. Məhz həmin gün- 1875-ci il iyulun 22-də Azərbaycanımızın görkəmli mütəfəkkiri Həsənbəy Məlikov Zərdabi tərəfindən “Əkinçi” qəseti çap edilmişdir. 1877-ci ilin sentyabrınadək cəmi 56 sayının işıq üzü görməsinə baxmayaraq, bu qəzet Azərbaycan milli mətbuatının təşəkkül tapmasında əvəzsiz rol oynamışdır. Qəzet həmçinin dövrün ziyalılarını ətrafına toplayıb milli ruhla isindirən bir “OCAQ” rolunu oynamış, saçdığı nurla milli təfəkkürümüzün işıqlanmasına çox mühüm töhfələr vermişdir. Əslində Zərdabinin həyatı millətimizə fədakarlıq və sevgi ilə xidmət etmək nümunəsidir.


Ümumiyyətlə maarifçilik ümumdünya mədəniyyəti tarixində keyfiyyətcə yeni bir dövrdür. Biz də milli-mənəvi həyatımızla bağlı bir çox məsələlərin həllində məhz maarifçilərimizə minnətdarıq. Xüsusən milli mənlik şüurumuzun formalaşdırılması işinə Azərbaycan maarifçilərinin verdiyi töhfələr danılmazdır. Fikrimcə “AZƏRBAYCAN MAARİFÇİLƏRİ BAĞI”nın salınması (və ya mövcud olanlardan birinə onların adının verilməsi) və bağda maarifçilərimizin heykəllərinin qoyulması həm vətənpərvərlik, mili- mənəvi dəyərlərimizin təbliği baxımından həm də, görkəmli şəxsiyyətlərimizin ruhuna hörmət və ehtiram baxımından şərəfli bir iş olardı.


Əyyub Kərimov. Azərbaycan Texniki Universitetinin İctimai fənlər kafedrasının professoru. Fəlsəfə üzrə elmlər doktoru.

Check Also

Əhməd İsmayılov: Medianın yeni formalaşan trendləri özü ilə birlikdə texnoloji təhdidlərə də səbəb olur

Müasir dövrdə medianın yeni formalaşan trendləri özü ilə birlikdə pozitiv tendensiyalar formalaşdırmaqla yanaşı informasiya təhlükəsizliyi …