Bazar ertəsi , 23 Dekabr 2024
Drone Cameras

“Metro Park”a bomba qoyması barədə yalan məlumat verən şəxs tutulub

“Metro Park”a bomba qoyulması barədə yalan məlumat verən şəxs tutulub.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilir ki, iyunun 11-də saat 14.42 radələrində naməlum şəxs DİN-in 102 “Zəng Mərkəzi”nə mobil telefondan zəng edib Nərimanov rayonu ərazisindəki “Metro Park” ticarət mərkəzinə bomba qoyması barədə məlumat verib. Dərhal müvafiq tədbirlər görülüb, lakin məlumat təsdiqini tapmayıb.

Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs müəyyən edilərək tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə ) maddəsi ilə cinayət işi başlanılıb.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir