Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

İSBAM Los-Angeles şəhərində baş vermiş hadisə ilə baqlı bəyanat verib

İyulun 21-də ABŞ-ın Los-Angeles şəhərində Azərbaycanın Baş Konsulluğu qarşısında keçirilən aksiya zamanı oraya toplaşmış həmvətənlilərimizə qarşı ermənilər tərəfindən çoxsaylı hücumlar edilmişdir.
Ermənilər Konsulluğun binasını əhatəyə alaraq ölkəmizə qarşı aqressiv və təxribatçı şüarlar səsləndirərək həmvətənlilərimizə qarşı provokativ addımlar atmışlar.
Aksiya zamanı ermənilər Azərbaycanlılardan qat-qat çox olmaqlarına görə həmyerlilərimizə hücum edib və onların bir neçəsinə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Azərbaycanlıların və konsulluğun təhlükəsizliyini təmin etmək üçün Los-Angeles polisinin əməkdaşları hadisə yerində olsa da, həmyerlilərimizin təhükəsizliyini təmin etməyə müvəffəq olmayıblar. Məlumata görə, biri qadın olmaqla yeddi həmyerlimiz müxtəlif bədən xəsarətləri alıb, onlardan 4 nəfər isə xəstəxanaya müraciət edib.
Konsullugumuzun qaşısına toplanan həmvətənlilərimiz “Qarabağ Azərbaycandır!” “Ermənistanın təcavüzünə son qoyun!”, “Xocalıya Ədalət” və digər şüarlar səsləndirərək dinc aksiya keçirməyə cəhd göstərıb.
Biz ABŞ-da yaşayan azərbaycanlılar olaraq bu hadisədən dərin təəssüf və qəzəb hissi keçiririk. Düşünürük ki, Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov bu məsələ ilə bağlı Los-Angeles polis departamentinə müraciət etməli, şəhərin rəsmilərindən soydaşlarimiza qarşı törədilən təxribatla bağlı günahkar şəxslərin tapılıb cinayət məsuliyyətinə cəlb edilməsini tələb etməlidir.
Biz Amerikada yaşayan azərbaycanlılar olaraq Los Angelesdə Konsulluqumuzun qarşısına toplanan soydaşlarımıza dərin minnətdarlıqımızı bildiririk, xəsarət alan qardaş ve bacilarimiza Allahdan şəfa diləyirik.
İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi ŞƏRHLƏR

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …