Dövlət İmtahan Mərkəzi (DİM) bu gün (11.06.2017) ali məktəblərin I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün sınaq imtahanları keçirir.
Mərkəzdən Trend-ə verilən məlumata görə, imtahanlar respublikanın 11 şəhərində – Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmazda keçiriləcək. İmtahanlar ümumilikdə 30 binada təşkil olunub.
İmtahanda iştirak etmək üçün qeydiyyat internet vasitəsilə aparılıb və 15274 abituriyent qeydiyyatdan keçib. Sınaq imtahanları 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır. İmtahanların idarə edilməsi üçün 91 imtahan rəhbəri, 929 nəzarətçi-müəllim ayrılıb.