Cümə , 22 Noyabr 2024
Drone Cameras

Bizi daş və şüşə leysanına tutdular, komada olanlar var – Diaspor nümayəndəsi

“Biz dinc bir aksiya keçirmək üçün səfirliyimizin qarşısına toplaşmışdıq. Erməni nümayişçilər də qarşı tərəfdə dayanmışdılar, arada polis var idi. Biz tərəfdən ermənilərə tərəf heç bir şey atılmamasına baxmayaraq onlar bizi daş leysanına tutdular. Mən ilk dəfədir elə bir şey görürdüm”.

Bu sözləri publika.az-a danışan Belçikada Azərbaycan Mədəniyyəti Mərkəzinin idarə heyətinin üzvü, diaspor nümayəndəsi Aynur Bəşirova deyib.

O qeyd edib ki, nümayişlərdə bir neçə azərbaycanlı xəsarət alıb: “Onlar bizim üstümüzə şüşə atırdılar. Hətta, yumurta ən yaxşısı idi. Polisin onları çox çətinliklə aralaşdırmağına baxmayaraq onlar yenidən bizim üstümüzə hücum etdilər. Heç kəs tərpənmədi, biz o daş leysanının altında sona qədər durduq. Məni və bir neçə xanımı xəsarət almamağımız üçün səfirliyinin binasına apardılar, amma biz yenidən aksiya yerinə gəldik. Yerə bir dənə də olsun Azərbaycan bayrağı düşmədi və silahsız, əliyalın sivillər olaraq biz səfirliyin işçiləri ilə birlikdə səfirliyimizi müdafiə etdik”.

A.Bəşirova daha sonra bəzi soydaşlarımızın nümayişin bitdiyini düşünərək səfirliyin qarşısından kənarlaşdığını deyir. Elə əsas hadisələr də bundan sonra başlayır. Ermənilər kütləvi şəkildə azərbaycanlılarına üzərinə hücum edirərək əsl vandallıq, vəhşilik nümayiş etdirirlər: “Ermənilər bəzi nümayişçilər getdikdən sonra digərlərinin üstünə hücum etdilər. 1 nəfərin üstünə 10-15 erməni hücum edirdi. Yaralananlar oldu və onlar hazırda xəsəxanadadırlar. Vəziyyətləri yaxşı deyil, daxili orqanlarına ciddi zərər dəyib, komada olanlar var. Bir maşın talan edilərək yandırılmışdı. Erməni nümayişçilərdən 15 nəfəri həbs edilib. Onlara qarşı cinayət işi açılıb və Belçika polisi bu işə xüsusi nəzarət edir və dəymiş ziyan səfirliyimiz tərəfindən qarşılandı. Eyni zamanda səfirlik tərəfindən zərərçəkənlərə hüquqşünas da ayrılıb.

Diaspor nümayəndəsinin sözlərinə görə, səfirliyin bütün işçiləri sona qədər onların yanında olub və heç kəs daşdan qorxub qaçmayın: “Bəzən deyirlər ki, biz onlara yaxşı cavab verməmişik. Qeyd edim ki, səfirliyin qarşısında daş yoxdur. Onlar daşlarla hazırlıqlı gəlmişdilər. Onların vəhşiliyinin qarşısında biz öz mədəniyyətimizi nümayiş etdirdik və BMT-nin qətnamələrinə əməl etdik. Nümayişdən bir gün qabaq da əvvəlki səfirlik binasının qarşısından bayrağımız da ermənilər tərəfindən oğurlanıb. İnsanlardan anlayışlı davranmaqlarını xahiş edirəm. Biz o vəhşiliyi, vandallığı onlara qarşı etsək bizim onlardan heç bir fərqimiz olmazdı. Onların cəzasını beynəlxalq hüquq verəcək. Biz mədəniyyətli xalıq, aqressiya bizə xas deyil. Avropadakı gənclər, diaspor nümayəndələri olaraq biz haqq səsimizi hər zaman dünyaya çatdırmağa hazırıq”.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …