Cümə , 22 Noyabr 2024
Drone Cameras

Masallı RTŞ-nin mudiri Tariyel Əkbərov kimdir?

Respublikda son illərədə bütün sahələr üzrə islahatlar geniş vüsət almışdır. Ölkə Prezidenti cənab İlham Əliyev islahatların dərinləşməsi, korrupsiya və rüşvətxorluğun aradan qaldırılması, bütün sahələrdə şəffaflığın təmin olunması, bürokratizmin aradan qaldırılması üçün sözün həqiqi mənasında böyük işlər görür.

Cəmiyyətin bütün təbəqələrini əhatə edən təhsil sahəsi də islahatlardan kənarda qalmır. Cənab Prezidentin təhsil sahəsinə xüsusi diqqət və qayğısı özünü hər addımda daha qabarıq şəkildə göstərir. “Təhsil millətin gələcəyidir”. Bu sözlər ulu öndər Heydər Əliyevə məxsusdur.

Təhsilsiz cəmiyyət inkişaf edə bilməz. Deməli, millətin gələcəyi olan təhsilin idarə edilməsi etibarlı əllərdə olmalıdır. Lakin bəzən layiq olmayan kadrların təhsili idarə etməsi və yüksək çinli məmurlar tərəfindən qorunması regionlarda təhsilin inkişafına mane olmaqla yanaşı, aparılan islahatlara da kölgə salır və bu islahatların nəticəsini sıfıra endirir. Belə təhsil məmurlarından biri Masallı rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərovdur.


Tariyel Əkbərov kimdir?

Masallı RTŞ-nin mudiri Əkbərov Tariyel İntiqam oğlu 1996-cı ildə qəbul imtahanında 700 mümkün baldan cəmi 47bal (?..) toplayaraq Azərbaycan Memarlıq və İnşaat Universitetinin mühəndis iqtisadiyyatı fakülltəsinə daxil olmuş, 2000-ci ildə bakalavr səviyyəsini bitirmişdir. Hərbi xidmətdən sonra rəsmi olaraq Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və Tikinti şöbəsində böyük mühəndis, faktiki isə həmin təşkilatda qapıçı vəzifəsində işləmişdir.

Masallı RİH işləyə-işləyə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının ixtisasartırma kursunda əyani təhsil alaraq “ riyaziyyat və informatika müəllimi” ixtisasına yiyələnmişdir. Masallı RİH işdən çıxdıqdan sonra bir gün də pedaqoji təcrübəsi olmayan Əkbərov Tariyel hansisa sehrli əlin köməyilə Şıxlar kənd 2 nömrəli ümumi orta məktəbinə direktor təyin edilir. 3 il sonra – 2010-cu ildə yenə həmin sehrli əl Əkbərov Tariyelı Şıxlar kənd ümumi orta məktəbin direktor kreslosundan birbaşa Masallı RTŞ-nin müdir müavini kreslosuna atır. Mudir müavini kimi illərlə “Dovlət Qulluğuna qəbul” imtahanından keçə bilməyən Əkbərov T. hansı yollasa imtahandan azad edilir. Nəticə olaraq sadəcə müsabiqədən keçməklə müdir müavini vəzifəsinə yiyələnir.


İxtisasartirma kursundan aldığı diplom Təhsil Nazirliyin əməkdaşları tərəfindən saxta elan edildikdən sonra məcbur olaraq yenə də hansı yollasa Azərbaycan Dövlət Pedaqoji Universitetində riyaziyyat müəllimliyi ixtisası üzrə ikinci ali təhsil almışdır. Maraqlıdır, ilk təhsil sənədi saxta olan, ixtisası üzrə riyazi və informatik bilikləri 4-cü sinif səviyyəsinin tələblərinə cavab verməyən Əkbərov T. ikinci ali təhsili necə almışdır?

Əsl faciə isə 2016-cı ildə baş verdi. Masallı kimi həssas , ziyalı bir rayonun Təhsil Şöbəsinin müdiri vəzifəsinə Əkbərov T. edildi. Bu təyinat 220 minlik Masallı əhalisinə və pedaqoji ictimaiyyətinə təhqir idi.

Xarici işlər naziri cənab Ceyhun Bayramova yazılmış təbrik mesajına baxaq. Əgər bu təbrik müəllifinin nə demək istədiyini , Ceyhun Bayramova nəyi arzuladığını Respublikada bir ziyalı başa düşsə, deməli müəllifin Masallı təhsilinə rəhbərlik etməyə haqqı var.


İllərdir ki, bu günə qədər Masallı məktəblərindən pullar yığılır. Təbii ki , Əkbərov T. yığılan pulları tək yemədiyini, müəyyən hissəsinin Təhsil Nazirliyindəki havadarlarına ötürüldüyünü deyir. Onu da qeyd edək ki, belələrinin vəzifə başında qalması ziyalıları dövlətdən narazı salır. Əkbərov T-nin son zamanlarda törətdiyi cinayət xarakterli əməllərin statistikasını nəzərinizə çatdırırıq.


Vaxtaşırı müxtəlif məktəblərdə əsassız yoxlamalar təşkil edir və məktəb rəhbərlərini prokurorluq və icra orqanları ilə hədələyərək iri məbləğdə pullar yığır.


Bütün tam orta məktəblərdən yığılan rüşvətin məbləği 220 manata (20 manat rəqs pulu), ümumi orta məktəblər üzrə isə 120 manata bərabərdir.


İslədiyi müddət ərzində dəfələrlə ümumtəhsil məktəblərində çalışan kitabxanaçı, laborant və UBR rəhbərləri, psixoloqlarla iclas keçirib onları işdən çıxaracağı ilə hədələyib.

P.S: Yazıda adı çəkilən Tariyel Əkbərovunda mövqeyini dərc etməyə hazırıq.

Check Also

Naxçıvanda: Naziri tənqid edən müəllim işdən çıxarılıb

Səriyyə Qəmbərova nazirin qəzəbinə tuş gəldiyini, məktəb direktoru tərəfindən döyüldüyünü iddia edirSəriyyə Qəmbərova 2007-ci ildən …