“Koronavirusla mübarizədə ümid qığılcımı görünür”.
Boyukmillet.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının rəhəri Tedros Qebreyesus Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib.
ÜST rəhbəri qeyd edib ki, indiki vəziyyət ağırdır və dünya üçün çox çətin andır: “Ancaq ümid işığı da görünür. Koronavirusu məhv etmək heç zaman gec deyil”.
Xatırladaq ki, hazırda dünyada koronavirusa yoluxmaya dair 20 milyondan artıq fakt qeydə alınıb. Ölü sayı 750 mindir.