Cümə axşamı , 2 May 2024
Drone Cameras

Allahşükür Paşazadə: Böyük fərəhdir ki, Ramazan ayında erməni işğalından azad olunan torpaqlarımızda ilk dəfə azan səsi gəldi

Böyük fərəhdir ki, Ramazan ayında erməni işğalından azad olunan torpaqlarımızda ilk dəfə azan səsi gəldi.

Trend-in məlumatına görə, bunu “Təzəpir” məscidində bayram namazından sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

A.Paşazadə qeyd edib: “Allah bizə zəfər bəxş etsin! Arzu edirəm ki, torpaqlarımız tezliklə azad olunsun, Qarabağ torpağında azan səsi gəlsin. Sevinirik ki, bu gün Azərbaycanda birlik və vəhdət var. Biz burada məzhəb ayrı-seçkiliyi etmədən bərabər namaz qıldıq, ibadət etdik. Bu bizim dövlətimizin siyasətidir”.

Şeyxülislam bildirib: “Çox sevinirəm ki, sovet dövründə 17 məscidi olan dövlətdə indi 2 mindən artıq məscid fəaliyyət göstərir.

Böyük fərəhdir ki, Ramazan ayında erməni işğalından azad olunan torpaqlarımızda ilk dəfə azan səsi gəldi. Cocuq Mərcanlıda gözəl məscidin tikilməsi bizə ümid verir ki, tezliklə torpaqlarımız işhaldan azad olunacaq”.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir