“Koronavirus pandemiyası dövründə ön cəbhədə fəaliyyətdə olan sahələrindən biri Daxili İşlər Nazirliyi və Azərbaycan polisləridir”.
Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
PA rəsmisinin sözlərinə görə, polislər öz sağlamlıqlarını təhlükə altında qoyaraq, məzuniyyətə çıxmadan kompeks şəkildə öz peşə fəaliyyətlərini yerinə yetirirlər:
“Həqiqətən də onların fəaliyyəti yüksək qiymətləndirilməlidir. Vətəndaşlarımıza böyük hörmət və qayğı ilə bu peşə fəaliyyəti yerinə yetirilir”.
Hikmət Hacıyev vurğulayıb ki, polislər üzərlərinə düşən vəzifəllərlə əlaqədar iaşə və digər obyektlərdə qaydalara əməl olunub-olunmaması ilə bağlı yoxlamalar həyata keçirəcəklər:
“Nəzarət olunacaq ki, obyektlərdə sui-istifadə hallarına yol verilməsin. Buna yol verilərsə, qanunvercilikdə nəzərdə tutulan hüquqi tədbirlər görüləcək. Bu fəaliyyətlə bağlı hər hansı xoşagəlməz hal yaranarsa bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət oluna bilər və xüsusatlar müvafiq qaydada araşdırlacaq”.