Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

Adil İsmayılov: “Eldar Həsənovun haqqındakı məhkəmə qərarından şikayət veriləcək”

Keçmiş Baş prokuror, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov barəsindəki məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək. 

Bunu E.Həsənovun vəkili Adil İsmayılov “AzPolitika.info”-nun sorğusuna cavabında bildirib.

Xatırladaq ki, avqusutun 14-də Səbail Rayon Məhkəməsinin qərarı ilə Eldar Həsənov barəsində noyabrın 3-dək həbs qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələrilə ittiham irəli sürülüb.

Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, dünən Eldar Həsənovun Bakıdakı mənzilində axtarış aparılıb.

Keçmiş Baş prokurorun istintaqa ifadə verməkdən imtina etdiyi də bildirilir.

Check Also

Vensin Bakı səfəri: sülh gündəmi və siyasi məhbus çağırışları fonunda qeyri-müəyyən proqram

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens fevralın 10–11-də Azərbaycanda rəsmi səfərdə olacaq. Vensin sözçüsü AzadlıqRadiosu-na bildirib ki, səfər …