Bazar ertəsi , 23 Dekabr 2024
Drone Cameras

“Fəxr edirəm ki, Rac Kapurdan sonra Azərbaycana gələn ikinci aktyoram “

Bakıda qonaq olan məşhur hind aktyoru Avinash Sachdev-lə Fairmont oteldə media mənsubları ilə görüş keçirilib.

Boyukmillet.com xəbər verir ki, aktyor ilk öncə onu Azərbaycana dəvət etdiyinə görə Azərbaycan-Türkiyə evinin sədri Tənzilə Rüstəmxanlıya təşəkkürünü bildirib.

Avinash Sachdev: 
O, bütün media işçilərini Ramazan bayramı münasibətilə təbrik edib. Azərbaycanla bağlı təəssüratını bölüşən aktyor səfərindən qürur hissi keçirtdiyini dilə gətirib: “Bilirdim ki, Azərbaycan çox maraqlı ölkədir və xoşuma gələcək. Həqiqətən də Azərbaycan təsəvvürümdəki kimidir. Burda olduğum müddətdə mən Bakıya vuruldum.”

Aktyor çəkildiyi filmlərdəki obrazlarından da danışıb: “Mən oynadığım rolları ruhən yaşayıram, əgər hər hansı bir qəhrəmanın uğuruna inanıramsa, mütləq o uğura da nail oluram.”

Hindistanın məşhur aktyoru jurnalistlərin suallarına cavab verərkən şəxsi xüsusiyyətlərindən də söz açıb: “Mən tənbələm, amma işimi sevirəm. Çox istərdim ki, Azərbaycanda da bir filmə çəkilim. Amma bunun üçün mütləq sizin dili öyrənməliyəm.”

Avinash Sachdev yaradıcılıq yeniliklərindən də danışıb: “Avqustda yeni bir veriliş hazırlayacam. Ümid edirəm ki, pərəstişkarlarımı sevindirə biləcəm.”

Sonda aktyor ürək sözlərini bildirib: Deyilənə görə, mən Rac Kapurdan sonra Azərbaycanda olan ikinci hind aktyoruyam. Bu, mənim üçün bir şərəfdir. Özümü Azərbaycan-Hindistan dostluğunun zirvəsində hesab edirəm. Bakıda olduğum üçün xoşbəxtəm.”

Tədbirin sonunda xatirə şəkilləri çəkilib. Qeyd edək ki, aktyorun pərəstişkarları ilə imza mərasimi sabah – 28 iyun saat 18.00-da Nizami Kino Mərkəzində keçiriləcək. Giriş pulsuzdur!

"Fəxr edirəm ki, Rac Kapurdan sonra Azərbaycana gələn ikinci aktyoram "- FOTO

 

"Fəxr edirəm ki, Rac Kapurdan sonra Azərbaycana gələn ikinci aktyoram "- FOTO

 

"Fəxr edirəm ki, Rac Kapurdan sonra Azərbaycana gələn ikinci aktyoram "- FOTO

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir