Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Türk Hava Yolları” sentyabrın 1-dən dünyanın bir sıra ölkələrinə uçuşları bərpa edəcək

“Türk Hava Yolları” aviaşirkətinin uçuşların bərpası ilə bağlı sentyabr ayına nəzərdə tutulan planı açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, plana əsasən iyunun 11-dən aviareysləri mərhələli şəkildə bərpa edən şirkət sentyabrın 1-dən etibarən Rusiya, Gürcüstan, İran, Kanada, Madaqaskar, Estoniya, Vyetnam, Səudiyyə Ərəbistanı, Əlcəzair, Əfqanıstan, İraq, Hindistan, Bəhreyn, İordaniya, Türkmənistan, Litva, Monqolustan, Yunanıstan, Mərakeş, Oman, Nigeriya, Cənubi Afrika və dünyanın bir sıra ölkələrinə uçuşlar həyata keçirəcək.

“Türk Hava Yolları”nın açıqlamasında istifadə edilməyən biletlərin dəyişdirilməsi ilə bağlı şirkətin rəsmi internet səhifəsində ətraflı məlumatın verildiyi bildirilir.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …