Cümə , 22 Noyabr 2024
Drone Cameras

Belarusda hökumət istefa verdi

Belarus hökuməti prezident elan edilmiş Aleksandr Lukaşenko qarşısında istefa verib.

Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı “BELTA” yayıb.

Qeyd edək ki, prosedur prezident seçkilərinin nəticələri elan olunduqdan sonra formal qaydada Belarus Konstitusiyasının 106-cı maddəsi və “Belarus Respublikasının Nazirlər Şurası” haqqında qanununa əsasən keçirilib.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, yekun nəticələrə görə, hazırkı Prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun nəticəsində ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib. Seçkilərdən 2 gün sonra S.Tixanovskaya təhlükəsizlik məqsədilə ölkəni tərk edərək Litvaya üz tutub.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …